Gələcəyə 10 addım

İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun həlledici üstünlüyü təmin ediləcək, Azərbaycan rəqabətədavamlı iqtisadiyyata malik inkişaf etmiş ölkəyə çevriləcək.

Yoxsulluq və işsizlik aradan qaldırılacaq, əhalinin sosial müdafiə sistemi ən qabaqçıl standartlara uyğunlaşdırılacaq.

Nəhəng infrastruktur layihələri başa çatdırılacaq, ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat, loqistika və ticarət mərkəzinə çevriləcək.

Regionlarda mövcud problemlər öz həllini tapacaq, bölgələrlə paytaxtın inkişafı arasında tarazlıq tam bərqərar olacaq.

Biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq, orta və kiçik sahibkarlığa dövlət dəstəyi əhəmiyyətli dərəcədə gücləndiriləcək.

Elm, təhsil və səhiyyə infrastrukturu daha da təkmilləşdiriləcək və bu sahələrdə çalışanların əmək haqları əsaslı şəkildə artırılacaq.

Əhalinin müxtəlif təbəqələrinin ipoteka kreditlərindən istifadəsi asanlaşdırılacaq, gənc nəslin mənzil - məişət, təhsil, məşğulluq və digər problemlərinin həllinə dövlət dəstəyi daha da gücləndiriləcək.

Azərbaycan müstəqil xarici siyasəti ilə beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək, regional və qlobal proseslərə təsir imkanlarını artıracaq.

Müasir, güclü ordu quruculuğu davam ediriləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq və azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək.

Demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcək.