10 möhtəşəm zirvə

Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq keçid dövrünü başa vurdu və dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu.

Neft strategiyası uğurla davam etdirildi, mühüm transmilli enerji layihələri başa çatdırıldı və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başladı.

Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilərək tarixi nailiyyətə imza atdı və dünya siyasətinin daha fəal iştirakçısına çevrildi.

Ölkəmizdə 1.2 milyon yeni iş yerləri yaradıldı, yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5 faizə endirildi, çadır şəhərcikləri ləğv olundu.

İnformasiya - kommunikasiya texnologiyaları inkişaf etdirildi, ilk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmosu fəth etmiş ölkələr sırasına daxil oldu.

Genişmiqyaslı quruculuq - abadlıq işləri nəticəsində regionların siması əsaslı şəkildə dəyişdi, ən müasir standartlara uyğun sosial - iqtisadi infrastruktur yaradıldı.

Korrupsiya və digər neqativ hallara qarşı mübarizənin işlək mexanizmi formalaşdırıldı, sistemli tədbirlər sayəsində beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan ciddi nəticələr əldə edildi.

Azərbaycanın fəal hücum diplomatiyası Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirdi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm addımlar atıldı.

Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etdi, milli həmrəylik möhkəmləndi, ölkəmiz tolerantlıq modeli kimi dünyada nümunəyə çevrildi.

Bakı şəhəri qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu, mühüm beynəlxalq tədbirlərin keçirildiyi siyasi, iqtisadi, mədəni və idman mərkəzi statusu qazandı.