07.10.2013

İşveçrə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin nümayəndələri toplantı keçirib. toplantıda balakalvr təhsili alan Azərbaycanlı tələbə Rüstəm Hüseynli çıxış edərək ilk dəfə səs verdiyini və bu səsvermənin onun üçün böyük ququrverici bir tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

O, bildirib ki, Azərbaycan gənclərinin hamisi Prezident İlham Əliyevə səs verməklə vətəndən uzaq bir ölkədə böyük fəxarət hiss yaşayır. Azərbaycanın onun hüdudlarından kənarda da böyük qururla tanınmasından fəxr duyduğunu söyləyən R.Hüseynli ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında böyük bir gələcək gözlədiyini də diqqətə çatdırıb.

İşveçrədə təhsil alan azərbaycanlı gənclərdən Kərim Məmmədov, Asim Müslümlü, Rəsul Şəkiliyev, Teymur Teymurov və digərləri də ölkəmizdəki inkişafdan onun beynəlxalq münasibətlər sitemindəki mövqelərinin güclənməsindən bəhs ediblər.

Toplantının yekununda İşveçrədə təhsil alan bütün Azərbaycanlı tələbələrin adından vurğulanıb ki, 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər.