07.10.2013

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz rayonunun Böyük Söyüdlü, Astraxanovka və Qarabulaq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik  Ziyad Səmədzadə və Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili  Aqiyə Naxçıvanlı iştirak edib.