07.10.2013

Ümumrusiya Azərbaycan Konqresi Yekaterinburqda bir sıra əhəmiyyətli tədbirlər təşkil edib. Regiondakı diaspor təşkilatlarının geniş tərkibdə həm rəsmi, həm də mədəni tədbirlərdə iştirakı yerli ictimaiyyətin diqqət mərkəzində olub.

ÜAK-ın verdiyi xəbərə görə, Ümumrusiya Azərbaycan Konqresinin Ural federal dairəsi üzrə aktiviAzərbaycan prezidentinə dəstək aksiyasına Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silinlə görüşlə başladı. Nümayəndə heyətinin rəhbəri, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev vilayət rəhbərliiyilə görüşdə Vladimir Putinin  Bakıya olan səfərinin vacibliyindən söhbət açaraq bu səfərdən azərbaycan diasporunun  böyük mənəvi güc aldığını dedi. Sverdlovsk vilayətində 14 mindən artıq azərbaycanlının məskunlaşdığınıqeyd edən Yakov Silin salamlama nitqi zamanı Azərbaycanla vilayətin sıx və faydalı əməkdaşlığından, yerli diaspor təşkilatının müsbət işlərlə cəmiyyətdəki xidmətlərindən söz açdı.

Azərbaycanın Ural, Sibir və Uzaq Şərq federal dairəsi üzrə baş konsulu Soltan Qasımov son illər ərzində ölkəmizlə vilayət arasında münasibətlərimizi daha da intensivləşdirən amilləri sadaladı.Bunların sırasında Baş konsulluğun, Azərbaycan Beynəlxalq Bankının filialının, Azərbaycan məktəbinin, Baki-Yekaterinburq aviareysinin açılması və bu kimi önəmli iqtisadi və humanitar hadisələri misal gətirən diplomat  bütün bunları qarşılıqlı dostluq əlaqələrimizin yüksək göstəricisi kimi səciyyələndirdi.

Konqresin Ural federal dairəsi üzrə regional bölməsinin sədri Şahin Şıxlinski çıxışı zamanı Region rəhbərliyinə silsilə tədbirlərin əsas məqsədi haqda geniş məlumat verdi.Onun sözlərinə görə Ural federal dairəsində yaşayan soydaşlarimiz Azərbaycanda qarşıdan gələn prezident seçkilərində vətəndaşlığından asılı olmayaraq İlham Əliyevin namizədliyinə dəstək olmağa çalışacaq.

Yakov Silin də öz növbəsində vilayətlə Azərbaycan arasındakı münasibətlərin tempini nəzərə alaraq bildirdi ki, Azərbaycanda indiki siyasi kursa  rəgbət bəsləyir. Vitsequbernator səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının 9 oktyabrda ümumi istəyimizi təsdiqləyəcəyinə inandığını da qeyd etdi.

Görüşdən sonra Ümumrusiya Azərbaycan Konqressinin nümayəndə heyəti Yekaterinburqun və Rusiyanın rəmzlərindən sayılan Rusiya imperiyasının son çarı II Nikolay və onun ailəsinin güllələndiyi yerdə ucaldılmış kilsəni ziyarəıt etdilər. Nümayəndə heyəti şəhərdəki Azərbaycan məktəbinə də baş çəkdı, burada yaradılmış Heydər Əliyev otağı ilə də yaxından tanış oldular.

Silsilə tədbirlər siyahısında ÜAK Ural Federal dairəsi təşkilatlarının toplntısı da daxil idi. Dəyirmi masada ÜAK ın Tümen, Çelyabinsk, Kurqan, Perm, Salexard, Xantı-Mansiysk, Serov, Pervouralsk və digər şəhərlərdən gəlmiş fəallari Uralda yaşayan azərbaycanlılar adından bildirdilər ki, soydaşlarımız Azərbaycanın bütün sahələrdə inkişafını nəzərə alaraq seçkilərdə bu nailiyyətlərin müəllifi kimi yalnız İlham Əliyevi dəstəkləyir.

İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunmuş geniş konsert proqramından əvvəl də rəsmi çıxışlar oldu “Qanunvericilik icazə versəydi, bizim hamımız İlham Əliyevə səs verərdik və bununla bir daha sübut edərdik ki, tarixi vətənimiz Azərbaycanda baş verənlərə biganə deyilik”, - bu fikir səhnədən səslənən bütün çıxışların leytmotivi oldu.

Rəsmi çıxışlardan sonra səhnə Azərbaycan sənət ustalarının ixtiyarına verildi. Müxtəlif janrlarda təqdim edilmiş kompozisiyalari tamaşaçılar davamlı alqışlarla mükafatlandırdılar.